Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025        
Bakı Ekspo Mərkəzində   
17-21 noyabr

SAF 2025
About Us

Haqqımızda

STEAM Azərbaycan Festivalı

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə həyata keçirilir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir. STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. STEAM təhsil metodu 5 əsas disiplinin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalda iştirak üçün qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq kateqoriyalar üzrə qaydalarla tanış ola və müraciət etmək istədikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsində qeydiyyat formasını doldura bilərlər.


0 Qatılan komandaların sayı
0 Qoşulan ölkə sayı
0 İştirakçı sayı
0 Kateqoriyaların sayı

SAF statistika

Tədbirin spikerləri

Natiqlərimizlə tanış olun

Emin Əmrullayev

Emin Əmrullayev

Elm və Təhsil naziri

Beynəlxalq STEAM Azərbaycan Festivalı gənc nəsillərin elm və texnologiya sahələrindəki inkişafını dəstəkləmək, onların yaradıcı düşüncə və innovasiya bacarıqlarını artırmaq məqsədini daşıyan mühüm bir festivaldır.

Ətraflı →
İqrar Nəzərov

İqrar Nəzərov

“STEAM Azərbaycan” layihəsinin rəhbəri

"STEAM Azərbaycan" layihəsi olaraq məqsədimiz, gənc nəsilləri yalnız nəzəri biliklərlə deyil, həm də praktik təcrübələrlə inkişaf etdirməkdir. Beynəlxalq STEAM Azərbaycan Festivalı dünyada və Azərbaycanda STEAM təhsili və texnologiyalarının təbliği baxımından mühüm bir festivala çevrilmişdir.

Ətraflı →

STEAM Azərbaycan Festivalı: Dayanıqlılıq və İnnovasiya Platforması

2024-cü ildə təşkil olunan Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı iştirakçıların ətraf mühitin qorunması və dayanıqlı inkişaf mövzularına diqqət yetirən layihələr təqdim etməsi ilə yadda qaldı. SAF 2025-in həm yerli, həm də beynəlxalq iştirakçıları cəlb edərək, Azərbaycanda STEAM təhsilinin inkişafına və gənclərin bu sahələrə marağının artırılmasına mühüm töhfə verəcəyinə əminəm.

STEAM Azərbaycan Festivalı: Dayanıqlılıq və İnnovasiya Platforması
Sevinc Mirzəyeva Festivalın iştirakçısı

İnnovasiya və Texnologiya üçün Unikal Platforma

STEAM Azərbaycan Festivalı, gənclərin innovativ ideyalarını və texnoloji bacarıqlarını nümayiş etdirmək üçün əvəzolunmaz bir festivaldır. Hər il keçirilən bu tədbir, iştirakçılara yeni biliklər əldə etmək, təcrübələrini paylaşmaq və müxtəlif STEAM sahələrində uğurlar əldə etmək imkanı verir. Biz hər il festivalda iştirak hüququ qazanmaq üçün böyük həvəslə çalışırıq.

İnnovasiya və Texnologiya üçün Unikal Platforma
Telli Hüseynova Festivalın iştirakçısı

SAF: Gələcəyin STEAM Liderlərinə İlham Verir

Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) iştirakçılara yeni texnologiyalar və müasir təhsil metodları ilə tanış olmaq imkanı verərək, onların gələcəkdə bu sahələrdə uğur qazanmaları üçün zəmin yaradır. Festival həmçinin, STEAM sahəsindəki ən son yenilikləri nümayiş etdirərək, gələcəkdə bu sahələrdə daha çox inkişafa imza atmaq istəyən gənc nəsilə ilham verir.

SAF: Gələcəyin STEAM Liderlərinə İlham Verir
Rauf Abışov Festivalın iştirakçısı

STEAM Azərbaycan Festivalı: Sadəcə Bir Tədbir Deyil, Həqiqi Bir Macəra!

STEAM Azərbaycan Festivalı mənim üçün sadəcə bir tədbir deyil, bir macəra oldu! Festivalın enerjisi, innovasiya dolu mühiti və hər kəsin paylaşdığı yaradıcı ruh məni və şagirdlərimi heyran etdi. Amma festivalın ən gözəl tərəflərindən biri də müxtəlif ölkələrdən gələn komanda və mentorlarla tanışlıq oldu. Maraqlı dostlar tapdım, söhbət etdim və gördüm ki, innovasiya və yaradıcılıq paylaşdıqca daha da böyüyür.

STEAM Azərbaycan Festivalı: Sadəcə Bir Tədbir Deyil, Həqiqi Bir Macəra!
Xədicə Quliyeva Festivalın iştirakçısı

SAF: Gənc İxtiraçılar və Yaradıcı Beyinlər Üçün Mərkəz

SAF - Beynəlxalq STEAM Azərbaycan festivalı yalnız bilik yarışması deyil, eyni zamanda gənc ixtiraçıların, yaradıcı beyinlərin və innovasiya həvəskarlarının bir araya gəldiyi bir macəra meydanıdır!

SAF: Gənc İxtiraçılar və Yaradıcı Beyinlər Üçün Mərkəz
Yaqut Hüseynli Festivalın iştirakçısı

SAF: İnkişaf və Öyrənməyə Dəstək Verən Festival

Beynəlxalq STEAM Azərbaycan Festivalı, iki ildir iştirak etdiyim və hər dəfə yeni biliklər, təcrübələr qazandığım mühüm bir tədbirdir. Hər il burada müxtəlif layihələr və texnoloji həllər üzərində işləmək, beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparmaq böyük motivasiya verir. Bu tədbir STEAM sahəsində inkişaf etmək istəyən hər kəs üçün əvəzolunmaz bir festivaldır.

SAF: İnkişaf və Öyrənməyə Dəstək Verən Festival
Hüseyn Məmmədov Festivalın iştirakçısı

Yaradıcı Düşüncə və İnnovasiyaya Təşviq

Beynəlxalq STEAM Azərbaycan Festivalı gəncləri yaradıcı düşünməyə və innovativ həllər üzərində işləməyə təşviq edir, bu da onların gələcəkdə uğurlu mühəndis və sahibkar olmasına kömək edə bilər.

Yaradıcı Düşüncə və İnnovasiyaya Təşviq
Rahib Qarayev Festivalın iştirakçısı

SAF: Elm və İncəsənətin Əyləncə ilə Birləşdiyi Məkan

Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) gənclərə elm və incəsənəti əyləncəli şəkildə kəşf etmək imkanı verir. Düşünürəm ki , festival yaradıcılığı və texnologiyanı birləşdirərək yeni nəsil yenilikçi gəncləri yetişdirməyi hədəfləyir.

SAF: Elm və İncəsənətin Əyləncə ilə Birləşdiyi Məkan
Mətləb Alıyev Festivalın iştirakçısı

STEAM Azərbaycan Festivalı: Uğur və Təcrübə Səhnəsi

STEAM Azərbaycan Festivalı həqiqətən də möhtəşəm bir festivaldır. Komandamın “VEX IQ” kateqoriyasında “Best of Best” kubokunu qazanması böyük nailiyyətdir. Festivalda iştirak edən hər kəs ən azından təcrübə qazanır. Təcrübə uğura aparan yoldur!

STEAM Azərbaycan Festivalı: Uğur və Təcrübə Səhnəsi
Raya Ağayeva Festivalın iştirakçısı

Problem Həlletmə Bacarıqlarının İnkişafı

Beynəlxalq STEAM Azərbaycan festivalında təşkil edilən yarışlar şagirdlərə yaradıcı düşüncə və problem həlletmə bacarıqlarını inkişaf etdirmək üçün mühüm bir fürsət təqdim edir. Yarışlar şagirdlərin özünəinamların artıraraq, onların gələcək təhsil və karyera yolunda müsbət təsir yaradır.

Problem Həlletmə Bacarıqlarının İnkişafı
Müşfiq Tarıverdiyev Festivalın iştirakçısı

TƏŞKİLATÇILAR

Azərbaycanı kəşf edin

Azərbaycan

Azərbaycanın zəngin tarixini, mədəniyyətini və təbii gözəlliklərini kəşf edin.

Paytaxtı ziyarət edin

Bakı

Bakının cazibəsini, onun simvolik yerlərini və canlı şəhər həyatını kəşf edin. Tədqiq etmək üçün klikləyin.

Səyahətinizi Planlayın

Yerləşdirmə

İstirahətinizi rahat etmək üçün ən yüksək reytinqli yerləri tapın. Tövsiyələrə baxın.

Səyahət məsləhətləri

Viza

Viza tələbləri haqqında sizə lazım olan bütün məlumatları əldə edin. Ətraflı məlumat üçün bura klikləyin.

Ləzzəti dadın

Qastronomiya

Azərbaycanın ləzzətli dadlarını və ənənəvi mətbəxini dadın. İndi kəşf edin.

Təməl sözləri öyrənin

Faydalı Lüğət

Səyahətiniz üçün əsas ifadələri və lüğəti mənimsəyin. Bu gün öyrənməyə başlayın.

Son Xəbərlər

Bizdən ən son yeniliklər və xəbərlər

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.

  • 24 sentyabr 2024
SAF 2023

SAF 2023

Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanış mərasimi keçirilib.  

  • 13 dekabr 2023
SAF 2022

SAF 2022

Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib.

  • 25 may 2023