İqrar Nəzərov

About Us

“STEAM Azərbaycan” layihəsinin rəhbəri

İqrar Nəzərov

"STEAM Azərbaycan" layihəsi olaraq məqsədimiz, gənc nəsilləri yalnız nəzəri biliklərlə deyil, həm də praktik təcrübələrlə inkişaf etdirməkdir. Beynəlxalq STEAM Azərbaycan Festivalı dünyada və Azərbaycanda STEAM təhsili və texnologiyalarının təbliği baxımından mühüm bir festivala çevrilmişdir.
Bu festival bizə yalnız yeni fikirləri və innovativ yanaşmaları müzakirə etməyə imkan vermir, həm də yeniyetmə və gənclərimizi gələcəyin liderləri olmağa təşviq edir. Festivalda yerli və beynəlxalq mütəxəssislərlə bir araya gəlirik və gənclərə STEAM sahələrindəki ən son yenilikləri təqdim edirik. Bu tədbir həmçinin iştirakçıları yaradıcı düşüncə tərzi və müasir texnologiyalarla tanış edərək onları bu günümüzün və gələcəyin problemlərinə həllər tapmağa ruhlandırır.
STEAM təhsili şagirdlərimizə həyati bacarıqlar qazandırmaqla yanaşı, onların müxtəlif sahələrdə liderlik etmələrini təmin edir. İnanırıq ki, bu festival həm ölkəmizin, həmdə Festivalda iştirak edən digər ölkə təmsilçilərinin gələcək nəsillərin daha savadlı, düşüncəli və yaradıcı olmasına kömək edir. İnanırıq ki, SAF platforması dünyanın hər tərəfindən olan iştirakçıların yalnız akademik biliklərinin artırılması baxımından deyil, eyni zamanda onlarda analitik düşüncə, problemləri həll etmə bacarığı və innovativlik aşılamaqla  böyük ilham verəcək və onları elmi, texnoloji sahələrdə daha da inkişaf etməyə sövq edəcəkdir.