Emin Əmrullayev

About Us

Elm və Təhsil naziri

Emin Əmrullayev

Beynəlxalq STEAM Azərbaycan Festivalı gənc nəsillərin elm və texnologiya sahələrindəki inkişafını dəstəkləmək, onların yaradıcı düşüncə və innovasiya bacarıqlarını artırmaq məqsədini daşıyan mühüm bir festivaldır.
STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) yanaşması yalnız biliklərin tədrisi ilə kifayətlənmir, eyni zamanda gənclərə kompleks problemləri həll etməyi, analitik düşünməyi və yaradıcı yanaşmalarla yeniliklər etməyi öyrədir.
Beynəlxalq STEAM Azərbaycan Festivalı həm yerli, həm də beynəlxalq səviyyədə təcrübə mübadiləsi üçün mühüm bir platforma yaradır. Bu tədbir Azərbaycan gənclərini dünyada baş verən ən son elmi və texnoloji yeniliklərlə, yeni imkanlar və fikirlərlə tanış edir.
Bizim məqsədimiz Azərbaycanın gələcəyi olan gəncləri bu sahələrdə təcrübəli və innovativ liderlərə çevirməkdir. Elm və təhsil sahəsində atdığımız hər bir addım bu məqsədlərə uyğundur.
Elm və Təhsil Nazirliyi olaraq biz STEAM təhsilini təbliğ etməyi və bu istiqamətdəki layihələri dəstəkləməyi davam etdirəcəyik. İnanıram ki, bu festival həm bizim, həm də dünyanın müxtəlif yerlərindən gələn iştirakçılar üçün böyük bir ilham mənbəyi olacaq və gənclərimizi gələcəyin təhsil və texnologiya liderləri olaraq yetişdirməyə kömək edəcək.